AZ

Cokoviçin “Australian Open – 2012” finalında istifadə etdiyi raketka rekord qiymətə satıldı

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviçin “Australian Open – 2012”turnirinin final görüşündə istifadə etdiyi raketka hərracda rekordməbləğə satılıb.

Trend xəbər verirki, raketka 540 min dollara (təxminən 918 min AZN) alıcı tapıb. Bu,tennis raketkaları arasında indiyədək qeydə alınmış ən yüksək satışqiymətidir.

Qeyd edək ki, “Australian Open – 2012”nin final görüşü “BöyükDəbilqə” turnirləri tarixində ən uzunmüddətli həlledici oyun kimiyadda qalıb. Həmin qarşılaşmada Novak Cokoviç ispaniyalı RafaelNadalı məğlub edib. Final matçı 5 saat 53 dəqiqə davam edib.

Buna qədər rekord satış 2025-ci ildə qeydə alınmışdı. Həmin vaxtispaniyalı tennisçi Karlos Alkarasın “Uimbldon – 2023” finalındaCokoviçi məğlub etdiyi oyunda istifadə etdiyi raketka 173 mindollara (təxminən 294 min AZN) satılmışdı.

Seçilən
24
2
az.trend.az

3Mənbələr