AZ

Üç həftəlik yanacaq ehtiyatı qaldı

Kuba ciddi yanacaq çatışmazlığı ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr bildirir ki, təchizatın tam dayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb ola bilər. Texas Universitetinin enerji üzrə eksperti Xorxe Pinyonun sözlərinə görə, dizel yanacağı çatışmazlığının nəticələri Kuba üçün fəlakət hesab olunmalıdır. Çünki dizel yanacağı sərnişin və kommersiya nəqliyyatında, dəmir yollarında, kənd təsərrüfatında, sənayedə, su təchizatında və şəkər qamışı istehsalında geniş istifadə olunur.

“Kpler” analitik şirkətinin məlumatlarına görə, bu il Kubaya yalnız bir neft partiyası daxil olub – Meksikadan 84,9 min barel.

Cari ehtiyatlar nəzərə alındıqda, əlavə tankerlər gəlməzsə, ölkədə yanacaq ehtiyatları növbəti üç həftə ərzində tükənə bilər.

Seçilən
4
8
publika.az

9Mənbələr