AZ

Parisdə Yəhudi məktəbi vandalizmə məruz qalıb

Bakı. Trend:

Parisin 20-ci dairəsində yerləşən Bet Lubaviç Yəhudi Məktəbivandalizm hadisəsi ilə üzləşib.

Trend xəbər verirki, məlumatı “Figaro” qəzetinə Paris Prokurorluğuna istinadlayayıb.

Bildirilir ki, naməlum şəxs(lər) məktəbin pəncərələrinisındırıb, təhlükəsizlik kamerasını qoparıblar və məktəbin məlumatlövhəsini çıxarıb aparıblar. Prokurorluq qeyd edib ki, hadisəoğurluq məqsədilə törədilməyib və binaya daxil olunmayıb.

Daxili İşlər Nazirliyinin statistikasına görə, 2024-cü ildəFransada 1 570 antisemit xarakterli hadisə qeydə alınıb. 2025-ciilin ilk 9 ayında isə bu tip hadisələrin sayı 889 təşkil edib.

Seçilən
23
az.trend.az

1Mənbələr