AZ

“Roma” Brayan Sarqosanı heyətinə qatmağa yaxındır

Bakı. Trend:

İtaliyanın “Roma” klubu heyətini yeni cinah oyunçusu iləgücləndirməyə hazırlaşır.

Trend xəbər verirki, paytaxt təmsilçisi Almaniyanın “Bavariya” klubuna məxsus olanvə hazırda İspaniyanın “Selta” komandasında icarə əsasında çıxışedən Brayan Sarqosanı transfer etməyə yaxındır.

Mənbənin bildirdiyinə görə, İtaliya və Almaniya klublarıfutbolçunun satınalma hüququ ilə icarəsi barədə şifahi razılıq əldəediblər. Bu hüquq müəyyən şərtlər daxilində məcburi xarakteralacaq. “Selta” isə icarənin vaxtından əvvəl dayandırılmasına görəkompensasiya alacaq. Daha əvvəl Sarqosa “Roma” ilə şəxsi müqaviləşərtlərini razılaşdırıb.

Cari mövsümdə 26 oyunda iştirak edən ispan vinger iki qol vurubvə dörd məhsuldar ötürmə edib. Futbolçunun “Bavariya” iləmüqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarktportalına əsasən, Brayan Sarqosanın bazar dəyəri 10 milyon avro(təxminən 20 milyon AZN) təşkil edir.

Seçilən
22
az.trend.az

1Mənbələr