AZ

Fransa müharibənin qarşısını almaq üçün İranı ABŞ-a güzəştə getməyə çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, İran ABŞ-ın hərbi müdaxiləsinin qarşısını almaq üçün Vaşinqtona bəzi güzəştlərə getməlidir.

APA xəbər verir ki, Barro bu fikirləri “Liberation” qəzetinə müsahibəsində səsləndirib.

Nazir qeyd edib ki, ABŞ İran əleyhinə mümkün hərbi əməliyyata hazırlıq görüb.

“Paralel olaraq onlar rejimə danışıqlar təklif ediblər. Rejim bundan istifadə etməli, əhəmiyyətli güzəştlərə getməli və mövqeyini radikal şəkildə dəyişməlidir”, – deyə Fransa XİN rəhbəri bildirib.

Barro əlavə edib ki, İran “regiondakı qonşuları və Fransanın təhlükəsizlik maraqları üçün təhdid olmaqdan imtina etməlidir, İran xalqı isə öz azadlığını geri qaytarmalıdır”.

Seçilən
35
2
apa.az

3Mənbələr