AZ

NATO Norveç sahillərində “Arctic Dolphin 26” təlimlərinə başlayır

Bakı. Trend:

NATO-nun beş ölkəsinin Hərbi Dəniz Qüvvələri bazar ertəsiNorveçin qərb sahillərində 11 gün davam edəcək “Arctic Dolphin 26”adlı sualtı qayıqlara qarşı mübarizə təlimlərinə başlayır.

Trend xəbər verirki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Manevrlər çərçivəsində Arktika şəraitində sualtı qayıqlarınaxtarışı və məhv edilməsi üzrə əməliyyatlar məşq ediləcək.

Təlimlərdə alyansa üzv ölkələrin sualtı qayıqları, hərbigəmiləri, helikopterləri və sualtı qayıqlara qarşı təyyarələri,həmçinin NATO-nun Birinci Daimi Dəniz Qrupuna daxil olan gəmiləriştirak edir.

Xüsusilə manevrlərə Norveçin bir freqatı və sualtı qayığı, BöyükBritaniya və Niderlandın sualtı qayıqları, Almaniyanın bir sualtıqayığı və iki köməkçi gəmisi cəlb olunub. Aviasiya komponenti isəDanimarka helikopterləri və Britaniyanın “P8” patrul təyyarəsi ilətəmsil olunur.

Norveç Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Kirre Haugenbildirib ki, “Arctic Dolphin” təlimləri həm Norveç HDQ, həm də NATOüçün mühüm əhəmiyyət daşıyır və alyansın Şimal bölgəsindəmövcudluğa sadiqliyini nümayiş etdirir, eyni zamanda müttəfiqlərarasında birgə fəaliyyət imkanlarını gücləndirir.

Seçilən
15
az.trend.az

1Mənbələr