AZ

Bişirilməyən praktik peçenye

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bu şirniyyatın ən böyük üstünlüyü soba tələb etməməsi və dondurucuda qısa müddətdə hazır olmasıdır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Peçenye: 2 paket petibör (sadə və ya kakaolu).

Kərə yağı: 100-150 qram (əridilmiş).

Süd: Yarım stəkan.

Kakao: 2-3 xörək qaşığı.

Şəkər tozu: Yarım stəkan (istəyə görə artırıla bilər).

Əlavələr: Qoz, fındıq və ya kişmiş (xırdalanmış).

Hazırlanma qaydası:

Peçenyeni əlinizlə və ya blenderlə çox un halına gətirmədən kiçik parçalara bölün.

Əridilmiş kərə yağı, süd, kakao və şəkər tozunu bir qabda şəkər əriyənə qədər qarışdırın.

Hazırladığınız maye qarışığı peçenyenin üzərinə tökün. Qoz və ya fındıq əlavə edərək yaxşıca qarışdırın.

Qarışığı streç filmə bükərək "mozaika tort" kimi rulet formasına salın və ya əlinizlə kiçik toplar düzəldin.

Hazır olan peçenyeləri dondurucuda ən azı 1-2 saat saxlayın.

Süfrəyə verməzdən əvvəl üzərinə kokos, rəndələnmiş şokolad və ya antep fıstığı səpə bilərsiniz. Dilimləyərək soyuq halda servis edin.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
news.milli.az

10Mənbələr