AZ

Fransada yəhudi məktəbi vandalizmə məruz qalıb

Bakı, 2 fevral, AZƏRTAC

Parisin 20-ci dairəsindəki Bet Lubaviç Yəhudi Məktəbi vandalizmə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Figaro” Paris Prokurorluğuna mənbəyə istinadla məlumat verib. Bildirilir ki, naməlum şəxs(lər) məktəbin pəncərələrini sındırıb, təhlükəsizlik kamerasını qoparıblar. Bundan başqa, məktəbin məlumat lövhəsi də çıxarılıb aparılıb.

Prokurorluqdan bildirilib ki, hadisə oğurluq məqsədi ilə törədilməyib. Hadisəni törədənlər binaya daxil olmayıblar.

Daxili İşlər Nazirliyinin statistikasına görə 2024-cü ildə Fransada 1570 antisemit xarakterli hadisə qeydə alınıb. 2025-ci ilin ilk 9 ayında bu tip hadisələrin sayı 889 olub.

Seçilən
31
4
azertag.az

5Mənbələr