AZ

“Fytia” qasırğası Madaqaskarda ciddi fəsadlara yol açdı

Bakı. Trend:

Madaqaskarda “Fytia” tropik qasırğasından cəmi bir neçə saatsonra ciddi fəsadlar qeydə alınıb. Milli Risk və Fəlakətlərin İdarəOlunması Bürosunun (BNGRC) məlumatına görə, ölkənin beş regionunda— Boeni, Analamanqa, Melaki, Sofiya və Vakinankaratrada ümumilikdə22 mindən çox zərərçəkən qeydə alınıb.

Trend xəbər verirki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

İlkin məlumatlara əsasən, paytaxt yaxınlığında bir evin uçmasınəticəsində iki nəfər həlak olub. Sel sularının apardığı bir nəfəritkin düşmüş hesab olunur, beş nəfər isə müxtəlif dərəcəlixəsarətlər alıb. Təxminən 8 500 nəfər müvəqqəti sığınacaqlara və yayaxınlarının evlərinə köçürülüb.

Maddi ziyanın da böyük olduğu bildirilir. Ümumilikdə 4 646 ev sualtında qalıb, 104 ev zədələnib, 813 ev isə tamamilə dağılıb.Qasırğa təhsil infrastrukturuna da ciddi zərər vurub.

Qeyd olunur ki, “Fytia” tropik qasırğası Madaqaskaraşimal-qərbdən daxil olub. Güclü küləklər və intensiv yağışlarlamüşayiət olunan qasırğa ölkənin mərkəzi hissəsindən keçdikdən sonrazəifləyib və şərq sahillərindən dənizə çıxıb. Dənizə çıxdıqdansonra isə yenidən şiddətlənərək qonşu adalar üçün potensial təhlükəyaradıb.

Seçilən
65
9
az.trend.az

10Mənbələr