AZ

“Qarabağ”dan o, püşkdə PSJ-ni arzulayırmış: “Seçim etmək bizim əlimizdə deyil”

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasında pley-off mərhələsində PSJ ilə üz-üzə gəlmələrini istəyirmiş.

Sportinfo.az xəbər verir ki, o, bunu Rusiya mətbuatına açıqlamasında deyib:

“Daha çox PSJ ilə qarşılaşmaq istəyirdim. Bu, parislilərin rusiyalı qapıçısı Matvey Safonova görə deyil, daha çox adlı-sanlı klub olduğu üçündür.

PSJ-də ulduz futbolçular çoxluq təşkil edir. Həmişə ən güclülərə qarşı oynamaq istəyirsən.

Hamımız başa düşürük ki, həm “Nyukasl”, həm də PSJ ilə matçlar çətin olacaq.

Amma yenə də parisilərin ulduzları ilə üz-üzə gəlmək daha maraqlı olardı. Lakin seçim etmək bizim əlimizdə deyil”.

Seçilən
12
sportinfo.az

1Mənbələr