AZ

Bakıya gəldilər, izlədilər, məyus döndülər, UEFA onlara daha bir cəza verəcək - VİDEO

“Qarabağ”a 2:3 hesabı ilə uduzan “Anytraxt”ın azarkeşləri UEFA-nın qadağasına baxmayaraq, Bakıdakı matçı izləyib.

Sportinfo.az xəbər verir ki, 100-ə yaxın azarkeş Tofiq Bəhramov adına Respublika Stadionunda öz yerini alıb.

Onlar açıq-aşkar fanatlıq etməsələr də, komandalarını meydanda dəstəkləyə biliblər.

Maraqlıdır ki, qonaq azarkeşlər üçün sektor ayrılmasa da, frankfurtlular Respublika stadionunda daim səfər komandalarının fanatlarının yer aldığı tribunada toplaşıblar.

Böyük ehtimalla UEFA onlara buna görə daha bir cəza verəcək.

Seçilən
28
sportinfo.az

1Mənbələr