Bakı, 2 fevral, Göyçək Mahmudlu, Mirrəsul Cəfərov, Orxan Kərimov, AZƏRTAC
Süni intellektlə bağlı Gənclər Fondu tərəfindən təqaüd proqramı elan olunub. Hazırda qeydiyyat prosesi davam edir. Proqram Motivasiya Platforması ilə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev deyib.
"Seçilən gənclər aylıq təqaüd əldə edəcəklər. Həmin təqaüd sayəsində özlərini inkişaf etdirə biləcəklər. Təqaüdün məbləği seçiləcək gənclərdən asılıdır. Məbləğ həmin gənclərin birbaşa ümumi təhsildən əlavə olaraq gedəcəkləri kursların qiymətinə uyğun olaraq müəyyənləşdiriləcək", - deyə Y.Vəliyev fikirlərinə yekun vurub.