AZ

Starmer Böyük Britaniyanın Aİ-nin müdafiə fonduna qoşulmasını dəstəkləyib

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Avropa İttifaqının "Security Action for Europe" (SAFE) adlı müdafiə fonduna çıxışı ilə bağlı daha əvvəl nəticəsiz qalan danışıqların bərpasını dəstəklədiyini bildirib.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Starmer qeyd edib ki, Avropanın müdafiə sahəsində daha fəal iştiraka ehtiyacı var.

“Biz daha fəal olmalı və daha çox iş görməliyik. Təkcə Prezident Donald Tramp Avropanın daha çox iş görməli olduğunu düşünmür, digər liderlər də eyni fikirdədir. Mən də belə düşünürəm. Hesab edirəm ki, xərclər, imkanlar və əməkdaşlıq məsələlərində birlikdə daha çox iş görməliyik. Mən öz mövqeyimi ifadə etdim və bu o deməkdir ki, SAFE kimi mexanizmləri və digərlərini nəzərdən keçirməliyik ki, daha sıx əməkdaşlıq imkanlarının olub-olmadığını anlayaq”, – deyə Starmer bildirib.

Seçilən
15
1
apa.az

2Mənbələr