Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2006-cı il təvəllüdlü Ə.Nəcəfov və daha bir nəfərdir.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov