Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Ə. Nəcəfov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.