ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Politico” qəzetinə müsahibəsində danışıb.
“Bunun uyğun olduğunu düşünmürəm. BMT Nyu-Yorkdan getməyəcək, ABŞ-dan getməyəcək, çünki BMT-nin çox böyük potensialı var”, – deyə Tramp bildirib.
Daha əvvəl “The New York Times” qəzeti BMT əməkdaşına istinadən yazmışdı ki, maliyyə çatışmazlığı yaranacağı halda təşkilat fəaliyyətinin miqyasını azaltmaq və ya Nyu-Yorkdakı qərargahını bağlamaq məcburiyyətində qala bilər.