2025-ci ildə Gürcüstan hökuməti ölkədən 1311 xarici vətəndaşı qovub.
"Unikal" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, deportasiyanın ən çox olduğu vətəndaşlar Hindistan (269), ardınca Türkiyə (176) və İrandır (157).
Qonşu ölkələrə gəldikdə isə, Gürcüstan ötən il 39 Azərbaycan, 26 Ermənistan və 73 Rusiya vətəndaşını ölkədən çıxarıb.