AZ

İradə Həsənova: Gənclərin bilik və bacarıqlarının artırılması və liderlik potensialının inkişafı əsas məqsədimizdir

Rəhbərlik etdiyim təşkilat gənclərin bilik və bacarıqlarının artırılmasını, onların ictimai proseslərdə fəal iştirakını əsas məqsəd kimi müəyyən edib.Bu istiqamətdə gənclər üçün təlim və seminarlar, sosia,ekoloji və vətəndaş cəmiyyəti mövzularında maarifləndirici layihələr,gənclərin təşəbbüslərini dəstəkləyən pratik proqramlar və kampaniyalar həyata keçirilir.

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, layihələrimizin əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların öz ideyalarını reallaşdırmasına çərait yaratmaq və cəmiyyət üçün faydalı lider gənclər yetişdirməkdir:

"İnanıram ki,yaradılan imkanlardan düzgün istifadə edən gənclər ölkəmizin gələcək inkişafında həlledici rol oynayacaqlar.2 fevral Gənclər günü münasibətilə bütün gəncləri təbrik edir və omlara uğurlar arzulayıram".

Seçilən
24
qht.az

1Mənbələr