AZ

Kubada yanacaq ehtiyatları üç həftəyə tükənə bilər

Bakı. Trend:

Kuba ciddi yanacaq çatışmazlığı yaşayır və təchizatın tamdayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb olabilər.

Trend xəbər verirki, bu barədə “The Guardian” nəşri yazıb.

“Kpler” analitik şirkətinin məlumatlarına görə, bu il Kubayayalnız bir neft partiyası daxil olub – Meksikadan 84,9 min barel.Cari ehtiyatlar nəzərə alındıqda, əlavə tankerlər gəlməzsə, ölkədəyanacaq ehtiyatları növbəti üç həftə ərzində tükənə bilər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya nefttədarükünü dayandırdığını bəyan edib.

Texas Universitetinin enerji üzrə eksperti Xorxe Pinyon bildiribki, dizel yanacağı çatışmazlığının nəticələri Kuba üçün fəlakətliola bilər. Onun sözlərinə görə, dizel yanacağı sərnişin vəkommersiya nəqliyyatında, dəmir yollarında, kənd təsərrüfatında,sənayedə, su təchizatında və şəkər qamışı istehsalında genişistifadə olunur.

Seçilən
19
1
az.trend.az

2Mənbələr