AZ

Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb - VİDEO

Bərdədə yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidə kol-kos və ağaclar yanıb.

Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Seçilən
9
2
apa.az

3Mənbələr