AZ

Tramp: Qrenlandiyanı işğal etməyi yox, satın almağı planlaşdırırıq...

ABŞ prezidenti Qrenlandiya, Kanada və Venesuela ilə bağlı qalmaqallı açıqlamalar verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı niyyətlərinə aydınlıq gətirərək, Vaşinqtonun adanı hərbi yolla ələ keçirmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Qrenlandiyanı işğal etməyi deyil, satın almağı planlaşdırır.

Tramp bu fikirləri “Alfalfafa” klubunun illik şam yeməyi zamanı səsləndirib. Prezident çıxışı zamanı deyib ki, Qrenlandiyanın ABŞ-nin 51-ci ştatına çevrilməsi heç vaxt onun planlarında olmayıb. Bununla belə, o, ənənəvi üslubuna uyğun olaraq, məsələni istehzalı və qalmaqallı şəkildə davam etdirib.

“Qrenlandiyanı 51-ci ştat etmək niyyətim heç vaxt olmayıb. Mən 51-ci ştatı Kanadadan etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü ştat ola bilər”, deyə Tramp bildirib.

ABŞ prezidentinin bu açıqlamaları zalda gülüşlə qarşılanıb, lakin beynəlxalq müstəvidə onun Qrenlandiya ilə bağlı əvvəlki bəyanatlarını yenidən gündəmə gətirib. Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ-nin Qrenlandiyanı Danimarkadan satın almaq ideyası rəsmi Kopenhagendə və Avropada ciddi tənqidlərə səbəb olmuşdu.

Analitiklər hesab edirlər ki, Trampın bu cür çıxışları həm daxili auditoriyaya hesablanmış siyasi ritorika, həm də ABŞ-nin Arktika regionuna artan strateji maraqlarını qabartmaq cəhdi kimi qiymətləndirilə bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr