AZ

WSJ: ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiəni gücləndirməyi planlaşdırır...

Vaşinqton İrana mümkün zərbələrdən əvvəl regionda təhlükəsizlik tədbirlərini artırır...

ABŞ İrana qarşı hər hansı hərbi zərbələr endirməzdən əvvəl Yaxın Şərqdə hava hücumundan müdafiə sistemini gücləndirməyi planlaşdırır.

Poliqon xəbər verir ki, The Wall Street Journal qəzeti bu barədə amerikalı rəsmi şəxslərə istinadla yazır.

Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri hazırda İrana qarşı aviazərbələrin “qaçılmaz olmadığını” vurğulayırlar. Bununla belə, mümkün eskalasiya və Tehran tərəfindən cavab tədbirləri ehtimalı nəzərə alınaraq, Pentaqon regiona əlavə HHM vasitələri göndərir. Bu tədbirlər İsrailin, ərəb müttəfiqlərinin və Yaxın Şərqdə yerləşən ABŞ hərbi kontingentinin müdafiəsini təmin etməyə yönəlib.

Qəzet qeyd edir ki, Vaşinqton potensial qarşıdurmanın qısa müddətli olmayacağı və uzunmüddətli münaqişəyə çevrilə biləcəyi ssenarisini də nəzərdən keçirir. Məhz bu səbəbdən ABŞ hərbi planlaşdırıcıları İranın raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirə biləcəyini istisna etmir və qabaqlayıcı müdafiə tədbirlərini genişləndirir.

Amerikalı rəsmilərin sözlərinə görə, bu addımlar eyni zamanda region ölkələrinə ABŞ-nin təhlükəsizlik öhdəliklərinə sadiq qaldığına dair siyasi siqnal xarakteri daşıyır. Vaşinqton bir tərəfdən diplomatik həll yolunu açıq saxladığını bildirir, digər tərəfdən isə mümkün hərbi ssenariyə hazırlığı gücləndirir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr