AZ

Tramp Xameneinin regional müharibə xəbərdarlığına cavab verib

ABŞ prezidenti Tehranın razılaşmaya getməyəcəyi halda zərbə ehtimalına eyham vurub...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri ayətullah Əli Xameneinin Vaşinqtonun İrana zərbə endirəcəyi təqdirdə regionda genişmiqyaslı müharibə başlayacağı barədə bəyanatına münasibət bildirib. Trampın sözlərinə görə, Tehran razılaşmaya getməzsə, hərbi ssenari istisna olunmur.

ABŞ prezidenti Xameneinin açıqlamasını şərh edərkən bildirib ki, İran liderinin bu cür mövqe sərgiləməsi gözləniləndir. Tramp vurğulayıb ki, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü hərbi gəmiləri yerləşdirilib və onlar İran sahillərinə çox yaxındır. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi razılaşma əldə etməkdir, lakin bu baş verməsə, vəziyyət tamamilə fərqli məcraya yönələ bilər.

“Bunu deməməli idi ki? Əlbəttə ki, bunu deyəcək. Orada dünyanın ən böyük və ən güclü gəmilərimiz var, həm də çox yaxındırlar. Ümid edirik ki, razılaşma bağlanacaq. Əgər razılaşma olmazsa, o zaman onun haqlı olub-olmadığını görəcəyik”, deyə Tramp bildirib.

Trampın bu açıqlaması ABŞ ilə İran arasında gərginliyin artdığı, tərəflərin bir-birini qarşılıqlı təhdidlərdə ittiham etdiyi bir dövrdə səslənib. Rəsmi Tehran dəfələrlə bəyan edib ki, ABŞ-nin hər hansı hərbi müdaxiləsi Yaxın Şərqdə nəzarətdən çıxan eskalasiyaya səbəb ola bilər. Vaşinqton isə eyni zamanda diplomatik həllə açıq olduğunu, lakin təzyiq siyasətindən imtina etməyəcəyini bildirir.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr