AZ

Tramp: “Çin Kanadada hokkeyi “məhv edə” bilər”

ABŞ prezidenti Donald Tramp Kanadada Çinin təsirinin artacağı təqdirdə ölkənin əsas simvollarından biri olan buz üzərində hokkeyin təhlükə altına düşə biləcəyini bildirib.

İdman.Biz xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində bu cür ssenarinin baş verməsini istəmədiyini vurğulayıb.

“Bizim Çinlə, sədr Si Cinpinlə yaxşı münasibətlərimiz var. Amma biz istəmirik ki, Çin Kanadanı ələ keçirsin. Əgər onların gözlədiyi razılaşma baş tutsa, Çin Kanadanı nəzarətə götürəcək. Və edəcəkləri ilk şey buz üzərində hokkeyi aradan qaldırmaq olacaq”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, hokkey Kanadanın milli kimliyinin əsas elementlərindən biri hesab olunur. Donald Tramp Kanadanın Çinlə mümkün yaxınlaşması ilə bağlı mövzular fonunda bu tip ironik və sərt açıqlamaları ilə ilk dəfə gündəmə gəlmir. Son dövrlər Ottawa və Vaşinqton arasında Qrenlandiya və ticarət rüsumları ilə bağlı fikir ayrılıqlarından sonra bu mövzuda müzakirələr daha da intensivləşib.

İdman.Biz
Məqalədə:
Seçilən
24
idman.biz

1Mənbələr