AZ

QHT sədri Südabə Məmmədova gənclərin inkişaf imkanlarından danışdı

Son illərdə gənclərin inkişafı üçün doğrudan da xeyli real imkanlar yaradılıb və bu imkanlar artıq təkcə kağız üzərində deyil, praktikada da özünü göstərir. Məsələn, ən vacib istiqamətlərdən biri təhsil sahəsində yaradılan imkanlardır. Azərbaycanda xüsusilə xaricdə təhsil proqramları, ikili diplom layihələri və beynəlxalq sertifikatlara çıxış gənclərin dünyagörüşünü və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Bu fikirləri "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, eyni zamanda, rəqəmsal bacarıqların inkişafına xüsusi önəm verilir. Startap ekosistemi, innovasiya mərkəzləri və texnoparklar gənclərin ideyalarını reallaşdırması üçün geniş imkanlar yaradır:

"Hesab edirəm ki, bütün bu təşəbbüslər gənclərin öz potensialını ortaya qoymasına və gələcəkdə daha uğurlu kadrlar kimi formalaşmasına böyük töhfə verir. Bu isə çox müsbət və sevindirici haldır".

 

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr