AZ

WP: İran rəhbərliyi ABŞ-dən gələn təhdidlər fonunda tam səfərbər olub...

Tehranda mümkün münaqişə artıq rejimin mövcudluğuna yönəlmiş təhlükə kimi dəyərləndirilir...

Poliqon xəbər verir ki, ABŞ ilə mümkün qarşıdurma fonunda İran rəhbərliyi daxildə tam şəkildə birləşib və Vaşinqtonla potensial münaqişəni artıq dövlətin mövcudluğuna yönəlmiş təhlükə kimi qiymətləndirir. The Washington Post qəzetinə danışan Qərb rəsmilərindən birinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranda etirazları açıq şəkildə dəstəkləməsindən sonra Tehranla Vaşinqton arasında qarşıdurmanın xarakteri kəskin şəkildə dəyişib.

Mənbənin bildirdiyinə görə, etirazların sərt şəkildə yatırılmasından sonra İran hakimiyyətində müəyyən fikir ayrılıqları müşahidə olunurdu. Bəzi yüksəkvəzifəli şəxslər dinc etirazçılara qarşı güc tətbiqindən narazı idilər. Lakin ABŞ-dən gələn hərbi və siyasi təhdidlər fonunda bu ziddiyyətlər arxa plana keçib və rejim vahid cəbhə kimi çıxış etməyə başlayıb.

Avropalı rəsmi bildirib ki, hazırda Tehrandakı bütün əlaqələri eyni mövqeni ifadə edir: rejim istənilən ssenariyə, o cümlədən genişmiqyaslı hərbi qarşıdurmaya hazırdır. Onun sözlərinə görə, İran rəhbərliyində indi əsas mesaj belə səslənir: biz total müharibəyə hazırıq.

Məqalədə qeyd olunur ki, ABŞ-nin Fars körfəzi regionundakı müttəfiqləri İran rejiminin süqutunu zaman məsələsi hesab edirlər. Bununla belə, onlar belə bir prosesin ABŞ-nin birbaşa hərbi hücumu nəticəsində baş verməsindən ciddi şəkildə narahatdırlar. Çünki bu halda regionda daha dərin xaos və idarəolunmaz qeyri-sabitlik yarana bilər.

Mənbənin sözlərinə görə, məhz bu səbəbdən körfəz ölkələri diplomatik həll yolunda israr edir. Onlar İran rejiminin zəifləməsini və ya dəyişməsini prinsip etibarilə dəstəkləsələr də, bunun qəfil və zorakı şəkildə baş verməsini istəmirlər. Rəsmi vurğulayıb ki, region ölkələri daha çox tədrici və nəzarət olunan zəifləmə ssenarisinə üstünlük verir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr