İtaliya mətbuatı əvvəlcə “Yuventus”un Mauro İkardi ilə maraqlandığını və ona 1,5 mövsümlük müqavilə təklif olunduğunu iddia etmişdi.
Offsideplus.az xəbər verir ki, bu xəbərlər “Qalatasaray”ın "Kayserispor"la oyunundan əvvəl yayılmışdı.
Lakin “Yuventus”un futbol rəhbəri və keçmiş futbolçu Corcio Kiellini bu məlumatlara aydınlıq gətirib. O, İkardi ilə bağlı xəbərləri təsdiqləyərək bildirib:
"İkardi transferi baş tutmayacaq. Bu, sadəcə bir düşüncə idi."
Beləliklə, bildirildi ki, İkardinin Turin klubuna keçidi gündəmdə yoxdur.