AZ

Zelenski: Ukraynanın danışıqlar heyəti fevralın 2-də BƏƏ-yə yola düşəcək

BAKI, 1 fevral. TELEQRAF

Ukraynanın danışıqlar heyəti fevralın 2-də Əbu-Dabiyə yollanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenskinin sözlərinə görə, danışıqlar lazımi səviyyədə üçtərəfli formatda baş tutacaq.

Görüşün gələn həftə, çərşənbə və cümə axşamı əvvəlki kimi Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılır.

Ukrayna lideri bildirib ki, danışıqların çərçivəsini razılaşdırmaq və hazırlıq məsələlərini müzakirə etmək üçün fevralın 2-də iclas təyin edib. Onun sözlərinə görə, danışıqlar heyəti bazar ertəsi axşamı artıq səfərə çıxacaq.

Seçilən
21
teleqraf.com

1Mənbələr