İbrahima Konate üçün İngiltərə premyer-liqasının 24-cü turunun “Nyukasl”la oyunun emosional sonluqla nəticələnib.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusu 4:1 hesabıyla bitən matçın sonunda qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib. Ötən həftə atası vəfat edən fransalı müdafiəçi qoldan sonra ağlayıb.
“Liverpul”un baş məşqçisi Arne Slot oyundan sonra keçirilən mətbuat konfransında əslində Konatenin komandaya bir neçə gündən sonra qoşulmalı olduğunu bildirib.
Qeyd edək ki, Konate premyer-liqada “Bornmut”, Çempionlar Liqasında isə “Marsel” və “Qarabağ”la oyunları buraxmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta