AZ

Xamenei müharibə ilə hədələdi, Tramp cavab verdi: Gücümüzü bilirlər

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin ABŞ-ın mümkün hücumunun regionda genişmiqyaslı müharibəyə yol aça biləcəyi barədə açıqlamasına münasibət bildirib.

Tramp jurnalistlərin suallarını cavablandırarkən Xameneinin bu cür bəyanat verməsini gözlənilən saydığını deyib.

ABŞ prezidenti vurğulayıb ki, Vaşinqton bölgədə ciddi hərbi gücə malikdir və bunu Tehran da yaxşı bilir:

“Niyə bunu deməsin ki? Əlbəttə, o bunu deyəcək. Bizim orada dünyanın ən böyük və ən güclü gəmiləri var, özü də çox yaxındadır.”

Trampın sözlərinə görə, ABŞ üçün əsas məqsəd razılaşmaya nail olmaqdır. Lakin kompromisin mümkün olmaması halında hadisələrin fərqli istiqamətdə inkişaf edə biləcəyini də açıq şəkildə ifadə edib:

“Ümid edirik ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma olmazsa, onda kimin haqlı olduğunu görəcəyik.”

Bu açıqlamalar ABŞ–İran münasibətlərində gərginliyin artdığı, Yaxın Şərqdə hərbi eskalasiya risklərinin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Musavat.com

Seçilən
32
editor.az

1Mənbələr