Qaxda 77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Güllük kəndində baş verib.
Belə ki, həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu minik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.
Faktla baglı araşdırma aparılır.