AZ

"Kayzerslautern" evdə uduzdu - Mahir, gəl e, gəl!

Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" 2-ci bundesliqada növbəti oyununu keçirib.

"Football-plus.az"ın məlumatına görə, "qırmızı iblislər" 19-cu tur matçında "Elvesberq"i qəbul edib. Fasiləyə 1:1 hesablı "sülh"lə yollanan meydan sahibləri ikinci yarıda buraxdığı qollar üzündən uduzub - 1:3. Tomas Liberknextin komandasının yeganə qolunu 45+9-cu dəqiqədə Maksimilian Rohr vurub. "Kayzerslautern" 31 xalla 6-cı sıradadı.

Mahir bu oyunda da meydana çıxa bilməyib. Onun adı matçın iştirak ərizəsində olmayıb. Şayiələrə inansaq, 28 yaşlı hücumçu 22-ci tur oyununda - fevralın 14-də "Qroyter"ə qarşı keçiriləcək ev oyunu üçün hazır vəziyyətdə olacaq.

Xatırladaq ki, ötən il noyabrın 8-də "Herta"ya qarşı oyunda zədələnən Emreli yanvarın 4-də məşqlərə başlayıb.

KƏNAN BAHADIR

Seçilən
26
1
football-plus.az

2Mənbələr