AZ

​İkardi gedir -

“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi sarı-qırmızılı komandanı tərk edə bilər. İkardinin yenidən İtaliya çempionatında top qovması gözlənilir. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, “Juventus” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. İtaliya nəhənginin İkardini heyətinə qatmaq üçün İstanbul təmsilçisi ilə danışıqlara başladığı bildirilir. İtaliya klubunun argentinalı futbolçu ilə 1.5 illik müqavilə imzalayacağı gözlənilir. Əgər bu transfer reallaşarsa, Mauro İkardi fevralın 17-də Çempionlar Liqasını play-off qarşılaşmasında "Qalatasaray"a qarşı forma geyinəcək.

Qeyd edək ki, İkardi artıq 4-cü mövsümdür "Qalatasaray"ın şərəfini qoruyur. Ulduz futbolçu sarı-qırmızılı forma ilə 117 matça çıxıb və 72 qol atıb.

Seçilən
22
1
metbuat.az

2Mənbələr