Ajans.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, gün ərzində ordu Məzraat-Abudiya yaşayış məntəqəsində Hizbullahın bir neçə mühəndis qurğusuna hücum edib. İsrail tərəfinin versiyasına görə, bu texnika hərbi infrastrukturun bərpası üçün istifadə olunurdu.
Bundan əlavə, Hizbullah silahlı birləşmələrinin üzvü məhv edilib.