AZ

"Fənərbağça"nı "Zenit"ə dəyişəcək

Hazırda icarə əsasında "Fənərbağça"da oynayan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Con Duran "Zenit"ə keçməyə razılıq verib.

90deqiqe.Az-ın "Championat"a  istinadən məlumata görə, Sankt-Peterburq klubu hazırda "Əl-Nəsr"lə intensiv danışıqlar aparır. Tərəflər razılığa yaxınlaşırlar. Oyunçunun Türkiyə klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bu mövsüm Duran "Fənərbaxça"da bütün yarışlarda 20 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" onlayn portalının məlumatına görə, onun transfer dəyəri 32 milyon avrodur.

Seçilən
25
90deqiqe.az

1Mənbələr