Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb...
"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info