AZ

Putinin də adı milyarder Epşteyn dosyasında çıxdı - əgər o öldürülməsə, Putini əvəz edəcək…



Milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər Rusiya Prezidenti Vladimir Putinin potensial varisi ilə bağlı müzakirələri ortaya çıxarır.

Sənədlərdə Putinin adı, ABŞ Baş Prokurorunun müavini Todd Blanşın, yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunaraq saxlanan və həbsxanada ölən milyarder Ceffri Epşteynin istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin açıqlandığını elan etməsindən sonra ortaya çıxıb.

11 yanvar 2012-ci il tarixli sənəddə Dövlət Dumasının üzvü olan İlya Ponomarevin "Prezidentə qarşı üsyanın əsas təşkilatçılarından biri" olduğu iddia edilir. Sənəddə deyilir ki, "əgər o öldürülməsə, Putini əvəz edə və özü prezident ola bilər (gec-tez olacaq)".

Rusiya mətbuatı yazır ki, 2016-cı ilin iyun ayında Ukraynadan yaşayış icazəsi alan Ponomarev 2019-cu ildə Ukrayna vətəndaşı olub. Ponomarevin barəsində Rusiyada davam edən cinayət işlərinin olduğu bildirilir.

TAHİR

Seçilən
8
baki-xeber.com

1Mənbələr