Belçikada keçirilən cüdo üzrə Beynəlxalq Açıq Turnir yekunlaşıb.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.
Vise şəhərində baş tutan kişilərin mübarizəsində Yaşar Nəcəfov (-66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (-81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib
Cüdo üzrə ölkə birinciliyinə yekun vurulub - FOTO
Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb
Ölkə birinciliyi: Daha 6 çəkidə mükafatçılar bəlli olub - FOTO
Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər