AZ

Sudanda üç ilin ardından ilk kommersiya uçuşu həyata keçirildi

Bakı. Trend:

Son üç ildə ilk kommersiya uçuşu Sudanın paytaxtı Xartum havalimanına həyata keçirilib.

Trend xəbər verirki, məlumatı RFI radiostansiyası yayıb.

Milli aviaşirkətə məxsus Sudan Hava Yollarına aid təyyarə PortSudandan Xartuma eniş edib. Təyyarədə sərnişinlər arasında Başnazir Kamil İdris də olub.

Sudanın Mülki Aviasiya İdarəsi uçuşu "tarixi" adlandırıb, çünkipaytaxt hava limanı 2023-cü ilin aprelində silahlı münaqişəbaşlayanda fəaliyyətini dayandırmışdı.

Seçilən
29
1
az.trend.az

2Mənbələr