AZ

UFC döyüşçüsü Lopesin hər iki ayağı sınıb

"Ultimate Fighting Championship" (UFC) döyüşçüsü braziliyalı Dieqo Lopes UFC 325-də avstraliyalı Aleksandr Volkanovski ilə döyüş zamanı hər iki ayağını sındırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə idmançının təmsilçisi Ceyson Haus "Instagram" hesabında bildirib.
 
Döyüş A.Volkanovskinin qələbəsi ilə başa çatıb. Avstraliyalı rəqibi D.Lopeslə əvvəlki döyüşündə qazandığı yüngül çəkidəki çempion titulunu qoruyub.
 
D.Lopesin 31 yaşı var. Braziliyalı qarışıq döyüş növləri üzrə 35 döyüş keçirib və 27 qələbə və 8 məğlubiyyətlə yadda qalıb.
 
Seçilən
21
2
moderator.az

4Mənbələr