Bakı–Qazax magistral yolunun Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, VAZ markalı minik avtomobili ilə yük maşını toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sara


