AZ

Ukrayna millisinin futbolçusu "Ayaks"da

style='margin-bottom:10px;'>

Ukrayna millisinin sol cinah müdafiəçisi Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirəcək.

QOL.az xəbər verir ki, "Ayaks" klubu təcrübəli futbolçunun transferini açıqlayıb.

Məlumata görə, Amsterdam təmsilçisi bu keçid üçün London "Arsenal"ına 1,5 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, oyunçunun Çempionlar Liqasındakı çıxışından asılı olaraq əlavə bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, Zinçenko cari mövsümü "Arsenal"dan icarə əsasında icarə əsasında "Nottinqem Forest"də keçirib. O, bu komandada meydana çıxdığı 10 oyunda məhsuldarlıq göstərə bilməyib.

Xatırladaq ki, ukraynalı futbolçu karyerası ərzində "Mançester Siti" və "Ufa" klublarının da şərəfini qoruyub

Seçilən
32
teleqraf.com

1Mənbələr