AZ

Qurban Qurbanov - Elçin Məsiyev gərginliyi

Azərbaycan Premyer Liqasında XVIII turun "Qarabağ" - "Turan Tovuz" matçının ilk yarısı gərgin anlarla əlamətdar olub.

 "Yeni Sabah" Sportnet.az-a istinadən xəbər verir ki, 32-ci dəqiqədə qonaq komandadan Kvabena Ovusu hücumda olduğu vaxt meydan sahiblərinin müdafiəçiləri Mateus Silva və Kevin Medinanın müdaxiləsindən sonra yerdə qalıb.

 

Baş hakim Elçin Məsiyev oyunu dayandıraraq, Ağdam komandasının qapısına cərimə zərbəsi təyin edib. Bu isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun sərt etirazına səbəb olub. O, narazılığını referiyə də bildirib. Məsiyev isə Qurbanova şifahi xəbərdarlıqla kifayətlənib.

 

Bundan cəmi 2 dəqiqə sonra isə futbolçular arasında münaqişə baş verib. "Qarabağ"ın yarımmüdafiəçisi Coni Montiel hazırda "Turan Tovuz"da çıxış edən komandanın sabiq orta sahə oyunçusu Filip Ozobiçlə kəllə-kəlləyə gəlib. Bu zaman Ozobiç özünü yerə ataraq, Montielə qırmızı vərəqə göstərilməsini istəyib. Məsiyev isə hər iki futbolçuya sarı vərəqə göstərib.

Oyunda "Qarabağ" qalib gəlib - 1:0.

Yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vurub.


Telegram kanalımız
Seçilən
45
yenisabah.az

1Mənbələr