AZ

Rusiya Azərbaycan üzərindən Ermənistana daha 25 vaqon taxıl göndərdi... - FOTO



Rusiyadan növbəti taxıl yüklü vaqonlar Azərbaycan üzərindən Ermənistana göndərilib.

Bu gün Azərbaycan ərazisindən keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından Ermənistana yola salınıb. Qatar daha sonra Gürcüstana, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Bu günə olan məlumata görə, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə ümumi həcmi 19.900 ton olan 285 vaqon taxıl göndərilib.

Xatırladaq ki, Rusiya buğdasının ilk partiyası Ermənistana 5 noyabr 2025-ci ildə, Qazaxıstan buğdası isə üç gün sonra, 8 noyabrda göndərilib.

TAHİR

Seçilən
17
baki-xeber.com

1Mənbələr