Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İrana hər hansı bir xarici müdaxilənin daha pis nəticələrə səbəb olacağını bir daha təkrarlayırıq. Ətrafımızda, bölgəmizdə və dünyada kifayət qədər münaqişə var. Xarici müdaxilələr və ya hərbi hücumlar yolu ilə bir ölkənin liderini, hökumətini və ya qurumlarını hədəf almaq daha böyük fəlakətlərə səbəb olacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Bu problemlər danışıqlar yolu ilə həll edilə bilər. Burada Prezidentimizin hər cür problemin həllində vasitəçilik etmək istəyi sarsılmaz olaraq qalır. Etibarlı vasitəçi və sülhməramlı bir ölkə olaraq Türkiyə bütün bunlar üçün doğru yer və ünvandır. Bu çərçivədə ümid edirik ki, bəzi nəticələrə nail olmaq mümkün olacaq”, - deyə o bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.