AZ

Ukraynanın Dnepropetrovsk vilayətində dron hücumu nəticəsində azı 15 nəfər həlak olub - YENİLƏNİB

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində azı 15 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkətinin "Telegram" kanalında məlumat yayılıb.

"Hazırda 15 mədənçinin həlak olduğu məlumdur. İlkin məlumata görə, 7 mədənçi də yaralanıb", - şirkət qeyd edib.

Bildirilib ki, dronlardan biri növbədən sonra mədənçiləri müəssisədən daşıyan xidməti avtobusu hədəf alıb.

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.

"Düşmən Pavloqrad rayonunda müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığında PUA ilə zərbə endirib. İlkin məlumata görə, 12 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Detalları dəqiqləşdiririk", – deyə rəsmi yazıb.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub.

Seçilən
13
1
far.az

2Mənbələr