AZ

“İki həftəlik məşq vaxtımızın olması çox vacibdir”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın fevral ayının ortalarınadək həftəiçi oyunlarının olmamasından məmnun qaldığını bildirib. 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə klubun televiziya kanalına açıqlamasında deyib.

“Hazırda bizim üçün ən vacib məqam iki həftəlik məşq vaxtının olmasıdır. Bu dövrdən həm fərdi, həm də komanda oyunumuzu inkişaf etdirmək üçün istifadə edəcəyik. Son vaxtlar məşqdən daha çox oyun keçirmişdik”

“Kral klubu” bu müddətdə yalnız La Liqa çərçivəsində həftəsonları meydana çıxacaq.

Qeyd edək ki, “Real” bazar günü Madrid derbisində “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib. “Ağ-qaralar” növbəti turda fevralın 8-də “Valensiya” ilə qarşılaşmaya hazırlaşacaq.

Seçilən
25
90deqiqe.az

1Mənbələr