AZ

KİV: ABŞ Yaxın Şərqdə HHM sistemlərini gücləndirir

ABŞ İranın geniş miqyaslı cavab zərbəsi ehtimalına qarşı öz hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Məlumata görə, əgər ABŞ Prezidenti Donald Tramp İrana "qəti zərbə" endirilməsi barədə əmr versə, bu, İslam Respublikasının "proporsional cavabı" ilə nəticələnə bilər ki, bu da İsrailin, ABŞ-nin müttəfiqlərinin və bölgədəki hərbi qüvvələrinin müdafiəsi üçün əlavə hava hücumundan müdafiə imkanlarını tələb edir.

Pentaqon əlavə THAAD ("Terminal High Altitude Area Defense") raketdən müdafiə sisteminin, həmçinin ABŞ qüvvələrinin yerləşdiyi bazalarda bir neçə "Patriot" HHM sisteminin yerləşdirilməsi üzərində işləyir. Bununla əlaqədar qəzet ABŞ administrasiyasının vəzifəli şəxslərinə istinadən yazıb ki, Vaşinqtonun zərbələri yaxın perspektivdə baş tutmayacaq.

Qəzet iddia edib ki, əgər prezident bu gün hücum əmri versə, İrana məhdud zərbələr endirilə bilər. Qəzetin qeyd etdiyinə görə, Ağ Ev rəhbəri hələ də İrana qarşı güc tətbiq etmək və bunun necə ediləcəyi barədə planlarını açıqlamayıb.

Yanvarda yüksək rütbəli İran rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ-nin İrana qarşı hər hansı hücumu, onun miqyasından və xarakterindən asılı olmayaraq, İran tərəfindən İslam Respublikasına qarşı tam miqyaslı müharibə başlanması kimi qəbul ediləcək və Tehranın hücuma cavabı maksimal dərəcədə sərt olacaq.

Seçilən
30
3
ikisahil.az

4Mənbələr