AZ

"Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi" - Kurban Berdiyev

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Turan Tovuz" "Qarabağ"a 1:0 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis mətbuat konfransına rəqibi təbrik etməklə başlayıb. O, "Qarabağ"ın avrokuboklardakı çıxışını bütün Azərbaycan futbolunun uğuru adlandırıb.

Oyunu dəyərləndirən Berdıyev nəticədən məyus olduğunu bildirib. O, ilk hissədə istədiklərini reallaşdıra bilmədiklərini, lakin ikinci hissədəki oyundan müəyyən qədər razı qaldığını vurğulayıb.

Baş məşqçi buraxılan qol zamanı VAR sisteminin işinə iradını bildirib, lakin bunun məğlubiyyətə haqq qazandırmadığını qeyd edib:

"Etirazımız oyundan kənar vəziyyətlə bağlı idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Amma bu, məğlub olduğumuza görə bəhanə deyil".

K.Berdiyev həmçinin komandanın doğma stadionunun hazır olmamasının oyuna təsir etdiyini etiraf edib: 

"Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik".

O, yeni transfer olunan hücumçu barədə isə qısa danışıb: 

"Ona vaxt lazımdır. Düşünürəm ki, bizə köməklik göstərəcək".

Seçilən
13
1
teleqraf.com

2Mənbələr