UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” (2:2) matçında ağır zədə alan Kadi Borges meydanlara qayıdıb.
Bizim.Media xəbər verir ki, o, bu gün “Turan Tovuz”a qarşı keçirilən matçın 84-cü dəqiqəsində Leandro Andradenin yerinə meydana girib.
Belə ki, braziliyalı vinger 3 ay sonra oyuna çıxıb.
Qeyd edək ki, “Qarabağ” - “Turan Tovuz” matçı meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə sona çatıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta